Türkiyə BMT, ATƏT və AŞ-yə şikayət edəcək

turkiye-bmt-atet-ve-as-ye-sikayet-edecek
Oxunma sayı: 1160

Türkiyə Hollandiya ilə bağlı BMT, ATƏT və Avropa Şurasına şikayət edəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə Hürriyet Daily News diplomatik mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Türkiyə diplomatik əlaqələrə dair Vyana konvensiyasını pozduğu üçün həmin beynəlxalq qurumlara Hollandiyadan şikayətçi olacaq. 

Qeyd edək ki, daha əvvəl prezident Ərdoğan Hollandiya ilə bağlı qalmaqala görə İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəyini demişdi. Daha sonra rəsmi Ankara bu ölkəyə iki nota vermiş və Hollandiyanın Vyana konvensiyasını pozduğunu vurğulamışdı. Türkiyənin Avropa İttifaqı naziri Ömər Çəlik isə diplomatik qalmaqal fonunda Türkiyənin bu ölkəyə sanksiya tətbiq edəcəyini qeyd etmişdi.