Türkiyə Hollandiya ilə yaşanan diplomatik gərginliklə bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət ünvanlayıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayan və digər rəsmilərə qarşı atılan addımı Vyana konvensiyasına əks hesab edir. Bunu əsas gətirən ölkə Hollandiya tərəfinin konvensiyanı pozduğunu bildirib və BMT-yə nota yollayıb. Nota Türkiyənin BMT-dəki daimi nümayəndəsi Firudin Sinirlioğlu tərəfindən qurumun Baş katibi Antonio Quterresə təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər