Türkiyə-Bolqarıstan sərhədində meşə yanğını

turkiye-bolqaristan-serhedinde-mese-yangini
Oxunma sayı: 1293

Türkiyə-Bolqarıstan sərhədində meşə yanğını baş verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğının Ədirnə şəhərinin Hatip və Suakacak kəndləri arasında sərhəd xəttindəki meşəlik ərazidə naməlum səbəbdən baş verdiyi bildirilir.

Yanğın sərhədin o biri tərəfinə də keçib.

Hazırda meşə yanğınına müdaxilə edilir. Yanğınsöndürmə işlərinə Kırklareli Meşə Əməliyyat Müdirliyi və Ədirnə Bələdiyyəsi Yanğınsöndürmə briqadası qruplarının da dəstəyi ilə 2 dozer və bir helikopter cəlb olunub.

***

Yanğın təxminən 3 saatlıq müdaxilədən sonra söndürülüb.