Türkiyə öz qırıcı təyyarəsinin hazırlanmasında Britaniya ilə əməkdaşlıq etmək niyyətindədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
“Biz Böyük Britaniya ilə birgə yeni hərbi təyyarənin yaradılması üzərində işləyəcəyik. Bununla bağlı artıq saziş imzalanıb. Bundan əlavə, Təhlükəsizlik Xidmətlərimiz hava limanlarında təhlükəsizliyin möhkəmləndirilməsi üçün (Britaniya təhlükəsizlik xidmətləri -red) birgə işləyəcəklər. 2017-ci ildə bu barədə təlimər keçiriləcək”,-deyə Binəli Yıldırım Böyük Britaniyanın baş naziri Tereza Mey ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Son xəbərlər
Son Xəbərlər