Türkiyə bu gün - 3 şəhid, 7 yaralı + Yenilənib

turkiye-bu-gun
Oxunma sayı: 1084

Mardin şəhərinin Nusaybin vilayətində PKK terrorçuları yeni təxribat törədib.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terrorçular təhlükəsizlik qüvvələrindən ibarət hərbi maşın keçərkən yolda öncədən quraşdırdıqları bombanı partladıblar. Hadisə nəticəsində avtomobildə olan 10 əsgər yaralanıb.

İlçə Dövlət Xəstəxanasına yerləşdirilən əsgərlərdən biri şəhid olub. 2 əsgərin vəziyyətinin də ağır olduğu bildirilir.

Qeyd edək ki, cari ilin martın 14-dən etibarən Nusaybində PKK-ya qarşı əməliyyatlar aparılır. Vilayətin sakinlərinə küçəyə çıxmaq qadağan olunub.

***

Yaralı əsgərlərdən daha ikisinin şəhid olduğu bildirilir.