Bu gün Türkiyədə 23 aprel- Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunur.
“Qafqazinfo” xəbər verir ki, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün adı ilə bağlı olan bu bayram ilk dəfə 1921-ci ildə qeyd olunub. Artıq 96-cı ilinə qədəm basmış bayramla əlaqədar olaraq bu gün də ölkənin bütün əyalət və şəhərlərində müxtəlif tədbirlər təşkil olunub.
23 Apreldə bayram Türkiyə dövlət adamlarının Anıtkabir də daxil olmaqla müxtəlif Atatürk abidələrindən etdikləri rəsmi mərasimlərlə başlayır. Stadionlarda şagirdlərinin hazırladığı nümayişlər sərgilənir və rəsmi keçid mərasimiylə davam edir. Rəsmi tədbirlərdən sonra müxtəlif növ müsabiqələr təşkil edilir.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər