Türkiyə çempionatında superfinal matçlarının püşkü atıldı

turkiye-cempionatinda-superfinal-matclarinin-pusku-atildi
Oxunma sayı: 641

Qol.Az-ın məlumatına görə, 4 komandanın - «Qalatasaray», «Fənərbaxça», «Trabzonspor» və «Beşiktaş»ın oynayacağı superfinal matçlarına aprelin 14-də start veriləcək. Yarışlar mayın 13-də yekunlaşacaq.

Qol.Az superfinal oyunlarının təqvimini dərc edir:

1-ci tur, 14-15 aprel

«Fənərbaxça» - «Trabzonspor»
«Beşiktaş» - «Qalatasaray»

2-ci tur, 21-22 aprel

«Qalatasaray» - «Fənərbaxça»
«Trabzonspor» - «Beşiktaş»

3-cü tur, 28-29 aprel

«Trabzonspor» - «Qalatasaray»
«Fənərbaxça» - «Beşiktaş»

4-cü tur, 2-3 may

«Qalatasaray» - «Trabzonspor»
«Beşiktaş» - «Fənərbaxça»

5-ci tur, 5-6 may

«Trabzonspor» - «Fənərbaxça»
«Qalatasaray» - «Beşiktaş»

6-cı tur, 12-13 may

«Fənərbaxça» - «Qalatasaray»
«Beşiktaş» - «Trabzonspor»

Xatırladaq ki, çempionatın təsnifat mərhələsində «Qalatasaray» 77 xal toplayaraq çempionatı lider kimi başa vurub. Final mərhələsində bütün komandaların topladığı xallar yarıya bölünüb. Beləliklə, komandalar final mərhələsinə turnir cədvəlindəki bu cür sıralamayla başlayacaqlar:

1. «Qalatasaray», 39 xal
2. «Fənərbaxça», 34 xal
3. «Trabzonspor», 28 xal
4. «Beşiktaş», 28 xal