Türkiyə Çinə uçuşları dayandırdı

turkiye-cine-ucuslari-dayandirdi
Oxunma sayı: 1860

Türkiyənin “Turkish Airlines” aviaşirkəti koronavirusla əlaqədar Çinə uçuşları dayandırıb.

“Qafqazinfo”nun məlumatına görə, kompaniyanın açıqlamasında bildirilir ki, Pekin, Quançjou, Şanxay və Siyana olan aviareyslər fevralın 9-dək ləğv edilib.

Daha əvvəl ABŞ-ın “Amerikan Airlines”, “Delta” və “United”, Britaniyanın “British Airways”, Almaniyanın “Lufthansa”, Fransanın “Air France”, Skandinaviyanın “SAS”, Finlandiyanın “Finnair” və digər aviaşirkətlər Çinə olan reysləri təxirə salmış və ya azaltmışdı.