Türkiyə daha 3 şəhid verdi

turkiye-daha-3-sehid-verdi
Oxunma sayı: 1085

Bu gün Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda təhükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən atışma nəticəsində iki hərbçi həlak olub, iki əsgər yaralanıb.

“Qafqazinfo”nun Report-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Daha bir hərbçi isə Şırnak vilayətinin İdil rayonunda şəhid olub.

Hər iki vilayətdə barrikadaların kənarlaşdırılması, qazılmış xəndəklərin doldurulması və terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir.