“Türkiyə “Zeytun budağı” əməliyyatı çərçivəsində daha bir şəhid verib.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, Suriyanın Candaris şəhərində aparılan axtarış-xilasetmə işləri zamanı əl istehsalı bombanın partlaması nəticəsində 1 əsgər şəhid olub, 1 əsgər isə yaralanıb. Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargah İdarəsinin məlumatında bildirilir.
Qeyd edək ki, yanvarın 20-dən başlayan əməliyyatlar zamanı 42 türk əsgəri şəhid olub, 202 əsgər yaralanıb.
Son xəbərlər
Son Xəbərlər