Bingölün Genç və Diyarbəkirin Lice rayonlarının sərhədində baş vermiş partlayış nəticəsində 2 serjant şəhid olub.
“Qafqazinfo”nun Türkiyə mətbatına istinadən verdiyi məlumata görə, terrorçular tərəfindən öncədən yola yerləşdirilən bomba hərbi maşın ordan keçərkən partlayıb.
Bölgədə terrorçuların yaxalanması istiqamətində əməliyyat aparılır.
Son xəbərlər
Son Xəbərlər