“Əgər ABŞ Türkiyə Rusiyadan “S-400” zenit-raket sistemlərini aldığına görə sanksiya tətbiq edəcəksə, o zaman biz də oxşar cavab tədbirləri görəcəyik”. “Qafqazinfo”nun “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
XİN rəhbəri qeyd edib ki, bu mərhələdə müqavilənin ləğvi qeyri-mümkündür və müzakirə olunmur: “Biz istənilən məbləği ödəməyə hazırıq”.
Diplomat “S-400”ün NATO üçün heç bir təhlükə yaratmadığını da sözlərinə əlavə edib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 iyunda verdiyi açıqlamada 4 ədəd, 2,5 milyard dollar dəyərindəki kompleksin iyulda təhvil veriləcəyini bəyan edib.
Son xəbərlər
Son Xəbərlər