Türkiyə DİN “Eren kış” antiterror əməliyyatına başladı - Video

turkiye-din-eren-kis-antiterror-emeliyyatina-basladi
Oxunma sayı: 1262

Türkiyənin cənub-şərqində yerləşən Şirnak əyalətində “Eren Kış” antiterror əməliyyatının birinci mərhələsi başlayıb.

Bu barədə “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Türkiyə DİN-in məlumatına görə, PKK terrorçularına qarşı yönəlmiş əməliyyat Bestler-Dereler rayonunda keçirilir. Əməliyyatda 1 550 nəfərdən ibarət şəxsi heyət iştirak edir.

Əməliyyatın məqsədi Türkiyənin bu hissəsində terror təhlükəsinin aradan qaldırılmasıdır.