“Türkiyə dörd düşmənlə savaşır” - Şərh

turkiye-dord-dusmenle-savasir-
Oxunma sayı: 2371

“Türkiyə PKK ilə 30 illik müharibəni bəlli bir formatda aparıb – ölkənin şərq hissəsindəki dağlarda əməliyyatlar daha çox isti aylarda baş verirdi. Ancaq ötən bazar Ankaranın qəlbində terrorçu hücumu, eləcə də ötən ilin iyulundan ardıcıl törədilən hücumlar hər şeyin dəyişdiyini göstərir”.

“Qafqazinfo” azadliq.org-a istinadən xəbə verir ki, bunu «The Financial Times» qəzeti yazır. «Bu, onların Türkiyə dövlətinə elan etdikləri müharibənin mesajıdır», - İstanbul Siyasət Mərkəzinin direktoru, Sabancı Universitetinin professoru Fuat Keyman deyir. «Onlar savaşı fərqli bir səviyyəyə çəkiblər, artıq şəhərlər də münaqişəyə cəlb olunacaq. Öncə müharibə dağlarda gedirdi».

37 nəfərin ölümüylə nəticələnmiş partlayışa görə məsuliyyəti götürən olmasa da, rəsmilər bunun PKK əməli olduğunu bildirir. İntiharçının da PKK-ya qoşulmuş bir gənc qız olduğunu deyirlər.

Yazıda Türkiyənin indi daha artıq düşmənlə savaşdığı vurğulanır. Prezident Recep Tayyip Erdoğan Suriya prezidenti Bashar al-Assad-ın qatı düşmənidir; Türkiyə Suriyanın şimalında PKK-ya bağlı kürd yaraqlılara hücum edir: «İslam Dövləti» (İŞİD) qruplaşması Türkiyədə fəaliyyətini gücləndirir.

«Türklərlə kürdlər hərdən sual edirlər ki, 1990-cı illərə qayıtmışıq? Ancaq 1990-cı illərdə kiminlə vuruşduğumuzu bilirdik. İndi bir hücum baş verəndə, 15-20 qruplaşma nəzərdən keçirilir», - bunu isə Kadir Has Universitetində beynəlxalq münasibətlər üzrə professor Akın Ünver deyir.

Erdoğan kürd separatçılarını ölkənin bir nömrəli düşməni saysa da, istənilən halda, ölkənin kəşfiyyat orqanlarının işi parçalanıb: həm Suriya müharibəsini monitorinq edirlər, həm PKK-nın fəaliyyətini, həm də İŞİD təhlükəsini.

«Türkiyə hazırda bir-iki deyil, dörd düşmənlə savaşır. Məncə, ölkə fəlakətə sürüklənməkdədir», - Vaşinqton İnstitutundan Soner Çağaptay deyir.