Türkiyə düşmənlərindən Xocalı ilə bağlı təxribat - Foto

Türkiyə düşmənlərindən Xocalı ilə bağlı təxribat
Oxunma sayı: 1262

Türkiyə Silahlı Qüvvələrinin Fərat çayının şərqində başladıqları “Sülh Çeşməsi Hərəkatı” zamanı terrorçulara yaxın qüvvələr sosial şəbəkələrdə təxribata əl atıblar.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Xocalı soyqırımına aid fotonu paylaşan terrorçu qüvvələr həmin hadisənin Türkiyənin “Zeytun budağı” və “Fərat qalxanı” hərəkatları zamanı Suriyada törədildiyini iddia ediblər. Terrorçuların tərəfdarları bununla da özlərinə dəstəkçi toplamağa çalışıblar.

Ancaq Türkiyə KİV-i sözügedən fotonun 1992-ci ildə Ermənistanın Xocalıda törətdiyi soyqırıma aid olduğunu bildirərək terrorçuların yalanını ifşa edib. 

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi