Türkiyə əhalisinin sayı 84 milyonu ötüb

turkiye-ehalisinin-sayi-84-milyonu-otub
Oxunma sayı: 975

Türkiyədə 2021-ci ildə əhalinin sayı əvvəlki ilə nisbətən 1 milyon 65 min 911 nəfər artaraq 84 milyon 680 min 273 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyə Statistika Təşkilatı (TÜİK) yayıb.

İstanbul şəhərinin əhalisi isə 378 min 448 nəfər artaraq 15 milyon 840 min 900 nəfər olub.