Türkiyə ərazisi Suriyadan atəşə tutuldu, 1 əsgər şəhid oldu - Yenilənib+Video

turkiye-erazisi-suriyadan-atese-tutuldu-1-esger-sehid-oldu
Oxunma sayı: 2997

Suriya tərəfindən Qaziantep Karkamış sərhəd məntəqəsinə minaatanlarla hücum edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində 4 əsgər və 1 mülki şəxs yaralanıb.

Hücum Suriyanın Ayn-Əl Ərəb bölgəsindən edilib. 

Yaralı əsgərlər Qaziantep və ətraf rayonlardakı xəstəxanalara aparılıb.  Sərhəd xəttində gərgin anların davam etdiyi bildirilir.

Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayaraq hücumun edildiyi hədəflərə cavab atəşi ilə misli ilə qarşılıq verildiyini bildirib.

***

Nazirlik PKK/YPG-nin Karkamış rayonu və Köprübati Sərhəd Məntəqəsinə hücumunun ardından "cəza atışları" nəticəsində 6 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

***

Türkiyə Ordusunun yaralı əsgərlərindən biri xəstəxanada dünyasını dəyişib.