Türkiyə ərzaq böhranı ilə bağlı Azərbaycanla saziş imzalayacaq

turkiye-erzaq-bohrani-ile-bagli-azerbaycanla-sazis-imzalayacaq
Oxunma sayı: 1423

Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair saziş imzalayacaq.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi açıqlayıb.

Onun sözlərinə görə, mümkün ərzaq böhranına qarşı tədbirlər görülür və 10 ölkə ilə kənd təsərrüfatı sahəsində sazişlər imzalanacaq.

Kirişçi qeyd edib ki, sözügedən ölkələr sırasında Azərbaycanla yanaşı, Qazaxıstan, Venesuela, Sudan və Əlcəzair də var.

Nazir bildirib ki, iqlim baxımından Türkiyədə istehsalı çətin olan məhsulların əkimi xarici ölkələrdə icarəyə götürülən ərazilərdə həyata keçiriləcək.

O, əməkdaşlığa dair işlərin artıq başladığını da vurğulayıb.