“Türkiyə Əsəd qoşunlarının provokasiyalarına cavab verəcək”

turkiye-esed-qosunlarinin-provokasiyalarina-cavab-verecek
Oxunma sayı: 1185

Türkiyə Bəşər Əsəd qoşunlarının Suriyanın şimal-qərbindəki provokasiyalarını cavabsız qoymayacaq.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı brifinqi zamanı deyib.

Türkiyə liderinin sözlərinə görə, Ankara İdlibin deeskalasiya zonasındakı Türkiyə silahlı qüvvələrinin nəzarət məntəqələrinə açılan atışmalara cavab verəcək.

“Atışmaların davam etməsi və deeskalasiya zonasının qadağan olunmuş fosforlu silah-sürsatla, eləcə də çəllək bombaları ilə bombardman edilməsi qəbuledilməzdir. Ankara boş oturmayacaq və yerli əhalinin çağırışlarını nəzərə alacaq”, - deyə Ərdoğan bildirib.