Türkiyə, Finlandiya və İsveç arasında NATO danışıqları sabah davam edəcək

turkiye-finlandiya-ve-isvec-arasinda-nato-danisiqlari-sabah-davam-edecek
Oxunma sayı: 1080

Finlandiya, İsveç və Türkiyə arasında danışıqlar sabah Belçikanın paytaxtı Brüsseldə NATO-nun himayəsi ilə davam etdiriləcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Finlandiya Rəyasət Heyətinin tviter hesabından paylaşım edilib.

İsveçin rəsmi xəbər agentliyinə danışan NATO nümayəndəsi bildirib ki, NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun yüksək səviyyəli rəsmiləri ilə Türkiyə, Finlandiya və İsveçin nümayəndələri sabah Brüsseldəki qərargahda görüşəcək.