Türkiyə Futbol Federasiyasının prezidenti istefa verdi - Rəsmi

turkiye-futbol-federasiyasinin-prezidenti-istefa-verdi
Oxunma sayı: 2140

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ajansspor.com məlumat yayıb.

Bildirilib ki, buna səbəb isə N.Özdemirin bir neçə gün öncə hakimlərlə bağlı verdiyi qərardır.

Qeyd edək ki, bir neçə gün öncə TFF təcrübəli hakimlərin lisenziyalarına xitam vermişdi.

***

Türkiyə Futbol Federasiyası rəsmi olaraq Nihat Özdemirin istefasını təsdiqləyib.