Türkiyə futbolunda legioner limiti açıqlandı

turkiye-futbolunda-legioner-limiti-aciqlandi
Oxunma sayı: 2614

Türkiyə Futbol Federasiyası 2023/24 mövsümü üçün Super Liqada legioner limitini açıqlayıb.

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, Super Liqada matç zamanı meydanda ən çox 8 legioner yer alacaq. Əsas komandanın oyun heyətində ən çox 14 əcnəbi futbolçunun adı daxil edilə biləcək.

Türkiyə 1-ci liqasında isə ilk 11-də 5, oyun heyətində isə 8 legioner yer ala biləcək.

Bu isə o deməkdir ki, hazırkı qaydalar yeni mövsümdə də qüvvədə qalacaq.

Qeyd edək ki, daha əvvəl Türkiyə mediasında legioner limitinin tam ləğv olunacağı, komandaların meydana 11 əcnəbi oyunçu ilə çıxa biləcəyinə dair məlumat yayılmışdı.