Türkiyəyə məxsus “Haksa” adlı yük gəmisi Adriatik dənizindəki Yabuka adası yaxınlığında batmağa başlayıb.
“Qafqazinfo” “Anadolu” agentliyində istinadən xəbər verir ki, 85 metr uzunluğundakı gəmidə 11-i türk, 2-si xorvat olmaqla 13 nəfər olub.
Onlardan 8-i İtaliyaya məxsus “Volcadorea” adlı tankerin köməyi ilə xilas edilib və Split limanına aparılıb.
Gəmi kapitanın 4 nəfərlə birlikdə xilasedicilər gələnə qədər gəmidə qalacağı və onu batmaqdan xilas etməyə çalışacağı bildirilib.
***
Xilasedicilər gəmidəki digər 5 nəfəri də xilas ediblər. Hazırda onların vəziyyətinin normal olduğu bildirilir.
***
Xorvatiya Dəniçilik, Nəqliyyat və İnfrastruktur naziri Sinisa Orliç bildirib ki, aparılan çalışmalar nəticəsində gəmi batmaqdan xilas edilib:
"Uzun və çətin əməliyyat idi. Yaxşı ki, hava çalışmalar üçün əlverişli idi. Gəmi xilas edildi. Sabah təmirə aparılacaq".
![]()
Son xəbərlər
Son Xəbərlər