Türkiyə Gənclər Birliyindən Azərbaycana dəstək videosu

turkiye-gencler-birliyinden-azerbaycana-destek-videosu
Oxunma sayı: 2226

Türkiyə Gənclər Birliyi (TGB) Ermənistanın işğalına qarşı vətən döyüşü aparan Azərbaycana həmrəylik mesajı göndərib.

Birlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, gənclər həm Türkiyənin, həm də Avropanın müxtəlif şəhərlərindən Azərbaycanın səsinə səs verdiklərini bəyan ediblər. İstanbul, Ankara, Trabzon, Antalya, İzmir, Sivas və Türkiyənin bir çox şəhərlərində, o cümlədən, Bosniya və Herseqovinada, həmçinin Almaniyada şəhər meydanlarına toplaşan gənclər sona qədər Azərbaycan xalqı və dövləti ilə birlikdə olduqlarını bildiriblər.

Bundan əlavə, qeyd olunub ki, Azərbaycanın tarixi ərazisi olan Qarabağ illərdir erməni işğalı altında idi. Hazırda Azərbaycan ordusu öz torpaqlarını düşməndən geri qaytarmaq üçün əks hücuma başlayıb. Ermənistanın son dövrlər apardığı siyasətə qarşı Türkiyədən sərt reaksiya gəlib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Nazirlər Kabinetinin və Silahlı Qüvvələrinin açıqlamalarında “Bir millət, iki dövlət!”, “Azərbaycan,yanındayıq!” şüarları səsləndirilib.