Türkiyə gömrüyündə 37 milyon dollarlıq narkotik ələ keçirildi

turkiye-gomruyunde-37-milyon-dollarliq-narkotik-ele-kecirildi
Oxunma sayı: 2314

Türkiyədə indiyədək ən yüksək miqdarda “Captagon” növü narkotik maddə ələ keçirilib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş sosial media hesabında məlumat yayıb.

Nazir bildirib ki, gömrükdə ələ keçirilən narkotikin bazar dəyəri 313 milyon lirədir (37 milyon dollar):

“Əməliyyatda 72,6 kiloqram çəkiyə malik 6 milyon 264 min 259 ədəd “Captagon” növü narkotik ələ keçirilib. Bu, gömrük-mühafizə briqadalarının bugünədək həyata keçirilən ən böyük əməliyyatıdır”.

Ticarət nazirinin sözlərinə görə, narkotik 17 konteynerə yüklənmiş bina daşının içində gizlədilib. Narkotikin İsgəndərun limanından Birləşmiş Ərəb Əmirliklərinə traanzit edilməsi nəzərdə tutulub.