Türkiyə hava məkanını bağlasa da, onun səfərinə icazə verdi

turkiye-hava-mekanini-baglasa-da-onun-seferine-icaze-verdi
Oxunma sayı: 3646

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin öz hava məkanını Ermənistan təyyarələri üçün bağladığı məlum olub.

“Qafqazinfo”nun “NTV”yə istinadən məlumatına görə, bununla belə, Ermənistan parlamentinin spikeri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin bu gün Ankaraya təyyarə ilə səfərinə icazə verilib. 

Bu barədə məlumatı isə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu açıqlayıb. 

Xatırladaq ki, Ermənistanın nümayəndə heyəti bu gün Türkiyəyə yola düşüb. Erməni deputatlar Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 30 illiyinə həsr olunan sammitdə iştirak edəcəklər. Səfər çərçivəsində A.Simonyan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşəcək.