Türkiyə hərbçilərinə terror hücumuna hazırlaşanlar məhv edildi

turkiye-herbcilerine-terror-hucumuna-hazirlasanlar-mehv-edildi
Oxunma sayı: 1511

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında daha 12 terrorçu zərərsizləşdirilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, terrorçular Suriya ərazisində “Fərat qalxanı” və “Zeytun budağı” hərbi əməliyyatlarının keçirildiyi bölgədə məhv edilib.

Onların türk hərbçilərinə qarşı terror aktı planlaşdırdıqları müəyyən olunub.