Türkiyə hərbçilərini Qətərə göndərəcək - Qanun qəbul edildi

turkiye-herbcilerini-qetere-gonderecek
Oxunma sayı: 646

Türkiyə Böyük Millət Məclisi (TBMM) Qətərlə ikitərəfli münasibətləri tənzimləyən qanun layihəsini qəbul edib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, qanun layihəsində hərbçilərin yerləşdirilməsinə dair və bu ölkədə jandarm qüvvələrinin tədrisi üzrə məsələlər nəzərdə tutulub.

Bundan başqa, tərəflər məktəblərdə, təhsil mərkəzlərində qarşılıqlı təlim və kurslar keçirəcəklər.

Qeyd edək ki, Türkiyə hərbçilərinin Qətərdə yerləşdirilməsi 2015-ci ildə iki ölkə arasında imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişə uyğun olaraq həyata keçiriləcək.