Türkiyə hərbçilərinin Qarabağda minatəmizləmə əməliyyatı davam edir

Türkiyə hərbçilərinin Qarabağda minatəmizləmə əməliyyatı davam edir
Oxunma sayı: 854

Türkiyə hərbçiləri Azərbaycanın işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsində iştirak edir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada deyilir:

“Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə Bölməsindən (ÖMAT) 136 nəfərlik heyət də Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib. Hərbçilərimiz Azərbaycan Silahlı Qüvvələrinin bu təyinat üzrə şəxsi heyətinə minaların təmizlənməsi üzrə təlim keçməklə yanaşı, işğaldan azad edilən Qarabağda ərazilərin minalardan təmizlənməsi fəaliyyətlərini də davam etdirirlər”.