“Terrora qarşı mübarizə aparmaq bizim ən böyük vəzifələrimizdən biridir”.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bunu Suriya prezidenti Bəşər Əsəd ölkədəki telekanallardan birinə verdiyi müsahibəsində deyib.
“Atəşkəs demək terrorçuların mövqelərini gücləndirməklərinə mane olmaq deməkdir. Atəşkəs olması bu müharibədəki qüvvələrin hər birinin silahdan istifadə etməməsi mənasına gəlmir”, - deyə o bildirib.
Bəşər Əsəd Türkiyə və Səudiyyə Ərəbistanını Suriyanı işğal etmək məqsədi daşımaqda ittiham edib: “Hər iki ölkə iki ildir ki, hərbi yolla Suriyaya girmək istəyir”.
Son xəbərlər
Son Xəbərlər