Türkiyə HHQ komandanı Azərbaycana gəlib

turkiye-hhq-komandani-azerbaycana-gelib
Oxunma sayı: 1762

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Azərbaycana işgüzar səfərə gəlib.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan ilə Türkiyə HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.