Türkiyə hökuməti fethullahçılara qarşı cinayət təhqiqatına başladı

turkiye-hokumeti-fethullahcilara-qarsi-cinayet-tehqiqatina-basladi
Oxunma sayı: 1353


Recep Tayyip Erdoğan “dövlət içində dövlət” qurmaq istəyənlərin ona qarşı korrupsiya ittihamları irəli sürdüyünü iddia etmişdi. Baş nazir bu qənaətdədir ki, onun keçmiş müttəfiqi, hazırda ABŞ-da könüllü sürgündə olan vaiz Fethullah Gülen-in davamçıları ölkənin polis və ədliyyə orqanlarına soxulublar.

Erdoğan deyib ki, “biz belə bir təşkilatın dövlətimizə qəsd etməsinə dözə bilmərik və bu, bizim üçün ölüm-dirim mübarizəsidir”. Cinayət təhqiqatı dövlət strukturlarında “yuva salmış” fethullahçıları aşkar etməlidir. Ötən ilin dekabrında baş nazir Erdoğan-ın administrasiyasına yaxın olan 80 nəfər korrupsiya ittihamları ilə həbs edilmişdi.

Bundan sonra hökumət əks-hücuma keçdi və minlərlə polis zabiti, 200-dək prokuror vəzifələrindən uzaqlaşdırıldı. Öz növbəsində Fethullah Gülen ona qarşı bütün ittihamları rədd edir.

Azadliq.org