“Türkiyə ikili rol oynayır”

turkiye-ikili-rol-oynayir
Oxunma sayı: 669

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İranın yarı rəsmi xəbər agenti “Fars Xəbər” isə Ankaranın bir tərəfdən Bəşər Əsəd rejimini dəstəklədiyini, digər tərəfdən isə Suriyada ayağa qalxan “silahlı şəbəkələrə” qucaq açdığını iddia edib. Türkiyənin üsyançılara yardım etmək və istiqamətləndirmək üçün ABŞ-ın Suriya sərhədinə yaxın ərazilərdə əməliyyat bazaları qurduğunu bildirən agentlik, Vaşinqtonun planını həyata keçirmək üçün Türkiyəyə təlimat verdiyini də qeyd edib. “Press TV” əldə etdiyi məlumatlara dayanaraq, Suriyada hadisələrin gözlənilməz şəkil almasının arxasında baş nazir Tayyib Ərdoğan ilə bir başqa güclərin durduğunu açıqlayıb.

Səidə Teyyubqızı