Türkiyə ilə 8 milyonluq hərbi saziş təsdiqlənəcək

turkiye-ile-8-milyonluq-herbi-sazis-tesdiqlenecek
Oxunma sayı: 670

“Azərbaycan ilə Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında” sazişin təsdiqi məsələsi  barədə qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. 

“Qafqazinfo” xəbər verir ki, sazişin məqsədi Azərbaycan hökumətinə bu sazişin 10-cu maddəsində göstərilən təmənnasız hərbi yardım haqqında müqavilələr, sazişlər və maddi texiniki təchizatın həyata keçirilməsi haqqında Türkiyə tərəfindən ayrılan, lakin istifadə edilməyən 8.067.871,80  vəsaitin istifadə edilməsinə dair əsasları müəyyənləşdirməkdir. Saziş beş il müddətinə qüvvədə olacaq. 

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək. 

 Günel Türksoy