“Türkiyə ilə Azərbaycan iki dost və qardaş ölkədir” - Yıldırım

turkiye-ile-azerbaycan-iki-dost-ve-qardas-olkedir
Oxunma sayı: 2656

“Azərbaycan və Türkiyə regional və beynəlxalq məsələlərdə birlikdə hərəkət edən iki dost və qardaş ölkədir”.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanda səfərdə olan sədri Binəli Yıldırım Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib:

“Bu günədək hər sahədə qarşılıqlı münasibətlərimizi, regional məsələlərdə mövzuları birlikdə ələ alan, beynəlxalq məsələlərdə birlikdə hərəkət edən iki dost və qardaş ölkəyik. Bu səfərimizin münasibətlərimizin inkişafına töhfə verəcəyinə inanarıam. Gözəl yurdumuzda – Azərbaycanda olmaqdan məmnunam. Bütün Azərbaycan xalqını məhəbbətlə salamlayıram”. 

B.Yıldırım TBMM-yə sədr seçildikdən sonra ilk xarici səfərini ənənəyə uyğun olaraq Azərbaycana etdiyini bildirib. 

Qeyd edək ki, TBMM sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti dünən Azərbaycana gəlib. Yıldırım səfər çərçivəsində prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Novruz Məmmədov və TÜRKPA-nın baş katibi Altınbek Mamayusupovla görüşəcək, Şəhidlər Xiyabanını ziyarət edəcək.