Türkiyə ilə bu ölkə arasında uçuşlar yenidən dayandırıldı

turkiye-ile-bu-olke-arasinda-ucuslar-yeniden-dayandirildi
Oxunma sayı: 7057

İraq Türkiyədə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar sentyabrın 1-dək uçuşları dayandırıb. “Qafqazinfo” bildirir ki, bu barədə İraqın Mülki Aviasiya Xidməti tvitterdə məlumat yayıb.

“İraq Mülki Aviasiya Xidməti sərnişinləri xəbərdar edir ki, Türkiyə Mülki Aviasiya Xidməti İraqa və İraqdan uçuşları Türkiyə Səhiyyə Nazirliyinin tövsiyəsi ilə sentyabrın 1-dək dayandırıb”, - məlumatda deyilir.

İraq hökuməti uçuşlar bərpa olunana qədər Türkiyədən vətənə qayıtmalı olan iraqlılara bu barədə diplomatik kanallarla razılığa gəlməyi tövsiyə edib.

Xatırladaq ki, bir müddət əvvəl iki ölkə arasında Ərbil-Ankara və İstanbul-Ərbil istiqamətində hava nəqliyyatı bərpa olunmuşdu.