Kreml Türkiyə ilə Rusiya arasındakı əlaqələri “dərin böhran” kimi dəyərləndirib.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitriy Peskov açıqlama verib. Onun sözlərinə görə, əlaqələrin daha da gərginləşəcəyini proqnozlaşdırmaq çətindir:
“Əlaqələr dərin böhran içərisindədir. Rusiya buna təəssüf edir. Biz bu böhranın təşəbbüskarı olmamışıq”.
Xatırladaq ki, ötən ilin noyabrında Türkiyənin hava sərhədini pozduğu üçün rus təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşmişdi.
Peskov, həmçinin Suriyadakı xəstəxananın rus döyüş təyyarələri tərəfindən bombalanması ilə bağlı yayılan xəbərləri qəbuledilməz adlandırıb. O, Suriya hökumətinin bombardmanda ABŞ-ı ittiham etdiyini deyib və hər kəsi bu bəyanata diqqət yönəltməyə çağırıb.
Son xəbərlər
Son Xəbərlər