“Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik”

turkiye-ile-hem-sozde-hem-de-emelde-bir-oldugumuzu-butun-dunyaya-beyan-etdik
Oxunma sayı: 796

“Ötən ilin iyununda Prezident Rəcəb Tayyib Ərdoğanla imzaladığımız Şuşa Bəyannaməsi imzalanması bizim qardaşlığımızın və əməkdaşlığımızın bariz nümunəsidir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Azərbaycanın Türkiyə ilə bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində müttəfiq olduqlarını vurğulayan dövlət başçısı qeyd edib: “Şuşa Bəyannaməsi biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik”.