“Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün siyasi iradə lazımdır”

turkiye-ile-munasibetlerin-normallasdirilmasi-ucun-siyasi-irade-lazimdir
Oxunma sayı: 1922

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üçün siyasi iradə və effektiv addımlar lazımdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Yunanıstanın “Kathimerini” nəşrinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin olunub və tərəflər arasında artıq 4 görüş baş tutub. 

Mirzoyan qeyd edib ki, bu görüşlər zamanı Ermənistan və Türkiyə sərhədlərin açılması və ilkin şərt olmadan diplomatik münasibətlərin qurulması prosesini davam etdirməkdə maraqlı olduqlarını təsdiq ediblər.

“Bu prosesə müsbət dinamika vermək üçün Türkiyənin xarici işlər nazirinin Antalya diplomatiya forumunda iştirakla bağlı dəvətini qəbul etdim və forum çərçivəsində onunla görüşdüm”, - deyə Mirzoyan söyləyib.