“Türkiyə ilə normal münasibətlərin qurulması üçün böyük imkan mövcuddur”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşması imkanı diplomatik və siyasi olmayan amillər sayəsində artıb.
Paşinyan, həmçinin tezliklə Türkiyə və Ermənistan sərhədinin açılacağına ümid etdiyini də əlavə edib.
Son xəbərlər
Son Xəbərlər