Türkiyədən olan bir neçə səlahiyyətli şəxs növbəti həftə meyvə və tərəvəzlərin Rusiyaya ixracı məsələsini müzakirə etmək üçün Moskvaya gedəcək.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federal Baytarlıq və Bitki Karantini Xidmətinin (Rosselxoznadzor) rəhbərinin köməkçisi Aleksey Alekseyenko bildirib.
“Türkləri Rusiyaya dəvət etdik, onlar da bu dəvəti qəbul etdi. Görüşlər çərçivəsində laboratoriya yoxlamaları da daxil olmaqla meyvə və tərəvəzlərin ixracında təhlükəsizliyin qorunması sistemi qurulacaq”, - deyə A. Alekseyenko söyləyib.
Son xəbərlər
Son Xəbərlər