Türkiyə ilə Rusiyanın münasibəti bundan sonra necə olacaq? - Açıqlama

turkiye-ile-rusiyanin-munasibeti-bundan-sonra-nece-olacaq
Oxunma sayı: 2267

“Rusiya ilə Türkiyə rus Hərbi-Hava Qüvvələrinin Suriyada türk hərbçilərinə səhvən aviazərbə yetirməsinin araşdırılması ilə bağlı komissiya yaratmağı planlaşdırmır”.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə ordusundan olan yüksək vəzifəli mənbə bildirib.

Onun sözlərinə görə, situasiyanın baş vermə şəraiti və səbəbi aydın olduğu üçün komissiyaya ehtiyac yoxdur: “İnsident baş verdiyi andan etibarən Rusiya tərəfi ilə müvafiq məsləhətləşmələr aparılıb. Aramızda koordinasiya var və hazırda söhbət bu koordinasiyanı daha güclü və effektli etməkdən gedir. Bu mövzuda danışıqlar aparılır”.

Qeyd edək ki, Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə fevralın 9-da saat 8:40-da Suriyanın şimalında Türkiyə hərbi kontingentinin olduğu binaya aviazərbə endirməsi nəticəsində 3 türk əsgəri şəhid olub, 11 əsgər xəsarət alıb.

İnsidentdən sonra Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxlayaraq ona başsağlığ verib.