Türkiyə ilə Yunanıstan arasında yeni körpü salınır - 20 ildən sonra

turkiye-ile-yunanistan-arasinda-yeni-korpu-salinir
Oxunma sayı: 5256

Türkiyə ilə Yunanıstan arasında yeni körpü salınacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

O bildirib ki, uzunluğu 841 metr nəzərdə tutulan körpünün layihəsi tamamlanıb və qısa vaxta tenderə çıxarılması gözlənilir:

"Bununla bağlı 2004-cü ildə Afinada razılıq sənədi imzalanıb. Layihə ancaq Türkiyə və Yunanıstan üçün deyil, bütün bölgə üçün böyük əhəmiyyət kəsb edir".