Türkiyə ilk oyuna nə vaxt çıxır? - Fotolar

turkiye-ilk-oyuna-ne-vaxt-cixir
Oxunma sayı: 2785

İyunun 10-da Fransada keçiriləcək Avropa Çempionatı azərbaycanlı azarkeşlər üçün daha maraqlı olacaq. “Qafqazinfo” xəbər verir ki, ölkəmizdə kifayət qədər azarkeşi olan Türkiyə millisinin qitə birinciliyində çıxışı ölkəmizdə diqqətlə izlənəcək. 

“Ay ulduzlular”dan bu turnirdə uğurlu nəticə gözlənilir. Heyətində kifayət qədər ulduz futbolçuların yer aldığı Türkiyə yığması D qrupunda yer alır. Bu qrupda Avropa nəhəngi, son 2 turnirin qalibi İspaniya yığması ilə yanaşı Çexiya və Xorvatiya da var. 2008-ci ildə keçirilən Avropa Çempionatında Fatih Terimin komandası ardıcıl olaraq qrupda Çexiyanı son dəqiqələrdə vurulan 3 qolla məğlub edib qəhrəmanlıq göstərmişdi. ¼ finalda isə 122-ci dəqiqədə vurulan qol Xorvatiyanı yarımfinaldan etmişdi. Hər iki komanda indi “ay ulduzlular”dan qisas almaq şansı qazanıb.

HEYƏT

Qapıçılar: Volkan Babacan ("Medipol Başakşehir"), Onur Recep Kıvrak ("Trabzonspor"), Harun Tekin ("Bursaspor")

Müdafiəçilər: Gökhan Gönül, Şener Özbayraklı (hər ikisi "Fənərbaxça"), Hakan Balta ("Qalatasaray"), Caner Erkin ("Fənərbaxça"), İsmayıl Köybaşı ("Beşiktaş"), Semih Kaya ("Qalatasaray"), Ahmet Çalık ("Gənclərbirliyi")

Yarımmüdafiəçilər: Mehmet Topal ("Fənərbaxça"), Səlçuk İnan ("Qalatasaray"), Ozan Tufan ("Fənərbaxça"), Oğuzhan Özyakup ("Beşiktaş"), Hakan Çalhanoğlu ("Bayer" Leverkuzen), Nuri Şahin ("Borussiya" Dortmund), Arda Turan ("Barselona"), Olcay Şahan ("Beşiktaş"), Volkan Şen ("Fənərbaxça"), Emre Mor ("Nordsjaelland"),

Hücumçular: Burak Yılmaz ("Pekin Qoan"), Cenk Tosun ("Beşiktaş"), Yunus Mallı ("Maynts")

FORMALAR

Türkiyə millisi aşağıdakı formalarla meydana çıxacaq.

KİM HANSI NÖMRƏ İLƏ ÇIXIŞ EDƏCƏK?

1. Volkan Babacan, 2. Semih Kaya, 3. Hakan Balta, 4. Ahmet Çalık, 5. Nuri Şahin, 6. Hakan Çalhanoğlu, 7. Gökhan Gönül, 8. Selçuq İnan, 9. Cenk Tosun, 10. Arda Turan, 11. Olcay Şahan, 12. Onur Kıvrak, 13. İsmayıl Köybaşı, 14. Oğuzhan Özyakup, 15. Mehmet Topal, 16. Ozan Tufan, 17. Burak Yılmaz, 18. Caner Erkin, 19. Yunus Mallı, 20. Volkan Şen, 21. Emre Mor, 22. Şener Özbayraklı, 23. Harun Tekin.

İLK OYUN

Türkiyə ilk oyununu qrupun favortilərindən olan Xorvatiyaya qarşı keçirəcək. 12 iyun saat 17:00-da başlayacaq qarşılaşma “Park de Prens” arenasında oynanılacaq.
“Ay ulduzlular” ikinci qarşılaşmada İspaniya ilə üz-üzə gələcək. İyunun 17-də saat 20:00-da başlayacaq qarşılaşma Nitsa şəhərindəki “Alyans Rivera” stadionda keçiriləcək.
Fatih Terimin komandası qrupdakı son matçına isə iyunun 21-də çıxacaq. Çexiyaya qarşı olacaq oyun saat 20:00-da Lansdakı “Bollar Delelis” arenasında baş tutacaq.

FATİH TERİM

Avropa Çempionatı ilə bağlı fikirlərini açıqlayan Fatih Terim bunları deyib.

“Avropa çempionatındakı hər komanda bizə ciddi rəqibdi. Çempionatın atmosferi fərqli olacaq.
Sloveniya ilə yoxlama oyununa möhtəşəm başladıq. Amma hesabı açdıqdan sonrakı reaksiyamızdan razı qalmadım. Qələbə gözəldi. Lakin qalib gələndə də doğrunu, yanlışı araşdırmalıyıq. Komandadakı kiçik səhvləri aradan qaldıracağıq. Qələbə arzusu, ciddiyyət bizim ən böyük “silah”ımız olacaq. Lakin matça nəzarət də bacardığımız qədərilə, bizdə olmalıdı. Burak Yılmazın çıxışı məni sevindirir. Qapı və müdafiə xəttimizdən də razıyam. Arda Turan isə əsl kapitan kimi davranır”.