Türkiyə “İncirlik” bazasını Rusiya üçün açıq elan etdi

turkiye-incirlik-bazasini-rusiya-ucun-aciq-elan-etdi
Oxunma sayı: 1876

Rusiya İŞİD terror qruplamasına qarşı mübarizə üçün “İncirlik” hərbi bazasından istifadə edə bilər.

Qafqazinfo” xəbər verir ki, belə bir bəyanatla Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib:

“Biz İŞİD-ə qarşı vuruşmaq istəyən hər kəslə əməkdaşlığa hazırıq. Əvvəldən bu mübarizəni aparırıq. İncirlik bazası da orada aktiv iştirak etmək istəyənlər üçün açıqdır. Biz niyə görə, belə bir əmədaşlığı Rusiya ilə etməyək?”

Qeyd edək ki, hazırda Türkiyənin hərbi bazasından ABŞ, Almaniya, Böyük Britaniya və Qətər hərbi-hava qüvvələri istifadə edir.

Təklifə Rusiyadan da reaksiya gəlib. Prezident Putinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, Kreml Türkiyənin təklifi ilə mətbuatdan tanış olub: “Önəmli bəyanatdır. Bunu həm siyasi, həm də hərbi aspektdən analiz edəcəklər”.