Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda hiss olundu

turkiye-iran-serhedindeki-zelzele-naxcivanda-hiss-olundu
Oxunma sayı: 766

Noyabrın 19-da Naxçıvan stansiyasından 125 kilometr cənub-qərbdə - Türkiyə-İran sərhədində 4,8 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, ocağı 10 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar yerli vaxtla saat 04:14-də qeydə alınıb.

Zəlzələ Naxçıvan Muxtar Respublikasının cənub-qərb hissəsində episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.