Türkiyə İraqda iki şəhid verdi

turkiye-iraqda-iki-sehid-verdi
Oxunma sayı: 1001

“Pəncə-Şimşək” və “İldırım” əməliyyatında iki hərbçimiz şəhid olub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamalarında Türkiyənin Şimali İraqda keçirdiyi antiterror əməliyyatlarından danışarkən deyib.

“Son əməliyyatda iştirak edən əsgərlərimizin alnından öpürəm. İraq və Suriya sərhədlərimizi terror təşkilatlarının təcavüzündən xilas etdiyimiz kimi, sərhədlərimizin o tayında da terrorun formalaşmasına icazə verməyəcəyik”.