Türkiyə İraqda şəhid verdi

turkiye-iraqda-sehid-verdi
Oxunma sayı: 1779

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pənçə-Kilit” əməliyyat zonasında şəhid verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

“Qəhrəman silahdaşımız Piyada Mütəxəssisi Çavuş Sait Toktaş “Pəncə-Kilit” əməliyyatı bölgəsində mövqemizə ildırım düşməsi nəticəsində şəhid oldu. Bizləri dərin bir üzüntüyə boğan bu hadisədə həyatını itirən sevimli şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələri və millətimizə başsağlığı veririk”, - məlumatda qeyd olunub.