Türkiyə Hava Qüvvələrinin qırıcıları İraqın şimalında terrorçulara qarşı əməliyyat keçirib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avaşin-Basyan və Zap bölgələrində PKK terrorçu təşkilatının 7 üzvü zərərsizləşdirilib.
Terrorçuların terakt hazırlığı apardıqlarını və əldə edilən kəşfiyyat məlumatı ilə bunun qarşısının alındığı açıqlanıb.
Əməliyyat davam edir.
Son xəbərlər
Son Xəbərlər