Türkiyə-İsrail münasibətləri bərpa olundu, səfirlər təyin olunacaq - Yenilənib

turkiye-israil-munasibetleri-berpa-olundu-sefirler-teyin-olunacaq
Oxunma sayı: 1453

Türkiyə və İsrail qarşılıqlı səfir təyin etməyə qərar veriblər.

Bu barədə “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Ətraflı məlumat veriləcək.

***

İsrail və Türkiyə liderləri diplomatik münasibətləri tam həcmdə bərpa etmək və iki ölkənin səfirlərini paytaxtlara qaytarmaq barədə razılığa gəliblər.

TASS xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Dəftərxanası bildirib.

“Baş nazir Yair Lapidlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğan arasında söhbətdən sonra İsrail və Türkiyə diplomatik münasibətlərini tam bərpa edirlər”, - bəyanatda deyilir.

Qeyd olunur ki, iki ölkə arasında münasibətlərin səviyyəsini diplomatik münasibətlərə tam həcmdə yüksəltmək və iki ölkənin səfirlərini və baş konsullarını geri qaytarmaq barədə qərar qəbul edilib.